Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, #Göygöl!

20 may 2024 | 10:26
Göygöl rayon Çaykənd kənd ümumi orta məktəbi 1991-ci ildən fəaliyyət göstərir. 2023-2024-cü tədris ilində məktəbdə 7 sinif komplektində 26 nəfər şagird təhsil alır. Onların təlim tərbiyəsi ilə 18 nəfər müəllim məşğul olur. Onlardan 17 nəfər müddətsiz 1 nəfər müddəti əmək müqaviləsi ilə işləyir. 1 nəfər II Qarabağ müharibəsi veteranı olmaqla texnik heyətinin say 6 nəfərdir. Məktəbdə bütün ixtisas müəllimləri var, hamısı DQ keçmişdir. 2 nəfər ibtidai sinif müəllimi sertifikasiya imtahanın nəticələrinə uğur qazanmışdır. Kəsilən olmayıb.
Şagird kontingentin az olmasına baxmayaraq məktəb rayon tədbirlərində və müxtəlif yarışlarda müvəffəqiyyətlə iştirak edir. Məktəbdə tədbirlər planına uyğun olaraq bütün tədbirlər keçirilir.
2022-2023-cü tədris ilində məktəbin IX sinif şagirdi Yusibova Qönçə Vüqar qızı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 ilik yubileyinə həsr olunmuş ən yaxşı təqdimat müsabiqəsində 9-11-ci siniflər arasında 3-cü yerə layiq görülərək diplom və fəxri fərmanla təltif edilib.
Məktəbin gənc təsviri incəsənət müəllimi Aygün İmanova Azərbaycan Respublikası Gənclər fondunun "İdeyanı reallaşdır - 2023" qrant müsabiqəsi çərçivəsində "Gənc rəssamlar rəsm təlimləri və rəsm müsabiqəsi" adlı layihədə qalib olub.
Keçidlər