Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, #Göygöl!

19 iyun 2023 | 09:30
Azərbaycan Respublikasında heyvanların damazlıq cins tərkibinin yaxşılaşdırılması və süni mayalanma şəbəkəsinin genişləndirilməsi layihəsinə uyğun olaraq 2007-ci ildən etibarən akademik F.Ə.Məlikov adına Elmi-Tədqiqat Heyvandarlıq İnisitutunda süni mayalanma kursları təşkil olunmuşdur. 2007-2009-cu illərdə bu layihəyə əsasən Respublika Süni Mayalanma Mərkəzi inşa olunmuş və tam fəaliyyətə başlamışdır. İdxal edilmiş müxtəlif cins törədici heyvanlar əsasında ölkəmizin damazlıq iribuynuzlu heyvan ehtiyyatlarının yenidən qurulması və yerli heyvanların genetik məhsuldarlıq potensialının yüksəldilməsi üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yeni müasir Süni Mayalanma Mərkəzinin layihələndirilməsinə dair 2014-cü ildə imzaladığı sərəncamla start verilmişdir. 2017-ci ilin avqust ayının 19-da cənab prezdentin iştirakı ilə yeni mərkəzin açılışı olmuşdur.
Mərkəzinin ümumi ərazisi 3,26 hektardır. Ərazidə enerji təchizatı obyektləri, su hovuzları və nasosxana, kanalizasiya şəbəkəsi, yanğınsöndürmə sistemi, kənd təsərrüfatı texnikalarının saxlanması üçün qaraj, silos anbarı və digər yardımçı binalar tikilib. Mərkəzin kompleksinə üçmərtəbəli inzibati-laboratoriya binası, tövlə binası, yem anbarı və yemhazırlama sahəsi, baytarlıq klinikası, karantin məntəqəsi daxildir. Mərkəzin iş prinsipinə uyğun olaraq, genetik materiallar istehsal olunan sahə ilə inzibati hissə bir-biri ilə təcrid edilib. Nümayiş zalı elə qurulub ki, pəncərədən laboratoriya və istehsal sahəsində gedən prosesləri izləmək mümkündür.
Kompleksin tövlə binası, o cümlədən tövlənin havalandırma və işıqlandırma sistemləri ən müasir standartlara uyğun olaraq qurulub. Tövlənin daxilindəki temperatur və nəmlik, heyvanların yemlənməsi, peyinin təmizlənməsi prosesləri tam surətdə avtomatik idarə olunur. Biotəhlükəsizlik tələblərinə uyğun olaraq tövlə daxilinə yemləmə və təmizləmə üçün traktorlar və digər mexanizmlər buraxılmır. Kompleksdə saxlanılan heyvanların hərəkəti üçün diametri 14 metr olan avtomatlaşdırılmış qurğu quraşdırılıb. Kompleksin yem anbarı və yemhazırlama sahəsində Almaniya istehsalı olan yem paylayıcı qurğu quraşdırılıb. Xüsusi proqramla təchiz edilən bu qurğu yem rasionuna görə hər bir heyvanın önünə müvafiq miqdarda yem tökmək imkanına malikdir. Burada müxtəlif növ yemlər hazırlanaraq qarışdırıcıya, oradan isə yempaylayıcı qurğuya verilir.
Mərkəzdə toxum götürülən heyvanların saxlanıldığı tövlədən normalara uyğun müvafiq məsafədə yeni alınmış heyvanlar üçün ümumi sahəsi 340,8 kvadratmetr olan karantin məntəqəsi inşa edilib.
Hal-hazırda mərkəzdə yüksək genetik potensiala malik Avropada qabaqcıl cinslərdən olan 17 baş (8 cins üzrə) simmental, şvis, holştein-friz, aberdin-anqus, şarole, limuzin, cersey cinslərinə mənsub törədici buğa və Murrah cinsindən olan bir baş camış-kəl saxlanılır. Onların yerləşdirilməsi ,genetik materialın sistematik götürülməsi , strateji toxum bankının təşkil edilməsi,toxumların satışa hazırlanması və selektiv yolla yerli heyvan cinsinin yetişdirilməsi üçün ən optimal şərait yaradılmışdır.
Laboratoriyada dünyada liderlik edən Fransanın bu sahədə aparıcı olan “İMV technolocies” şirkətinin istehsal etdiyi ən müasir avadanlıqlar quraşdırılıb. Bu avadalıqlar vasitəsilə fransız texnologiyası üzrə dünya standartlarına cavab verən normativlər əsasında yüksək keyfiyyətli toxum istehsal olunur. Toxumların analizi, keyfiyyətinin yoxlanılması və qiymətləndirilməsi elmin son nailiyyətlərinə əsaslanan İVOS-II cihazı ilə həyata keçirilir. Təchizatına görə MDB dövlətləri arasında ən öndə gedən müasir mərkəzlərdən biridir.
Süni mayalanma mərkəzində toplanmış genetik material saxlanılmaqla istifadə üçün xüsusi payetlərdə dozalaşdırılır. Çeşidləmə cihazı damazlıq törədicilərin toxumu yerləşdirilmiş poyetin üzərinə onun tərkibi, donor heyvanın nəsil xüsusiyyətləri, toxumun istehsal tarixi və digər zəruri məlumatları qeyd edir. Xüsusi maye azot qabları vasitəsilə poyetin əldə edilməsindəns üni mayalanmayadək davam edən dövr ərzində toxum materialının istifadəyə yararlı vəziyyətdə saxlanılması təmin edilir. Hal-hazırda mərkəzin biomaterial bankının tutumu 340.000 doz təşkil edir. İl ərzində tələbata uyğun olaraq 100-200.000 doz toxum istehsal etmə gücünə malikdir.
Mərkəzdə 2022-ci ildə Azərbaycan tarixində ilk dəfə olaraq Qarabağ Atçılıq Kompleksindən gətirilmiş cins atlardan süni vagina vasitəsilə toxum alınıb. Alınmış toxum nümunələri Mərkəzin müasir laboratoriyalarında xüsusi üsulla qablaşdırılıb. Bu nümunələrdən atların cins tərkibinin daha da yaxşılaşdırılmasında istifadə olunacaq. Eyni zamanda, Qarabağ atlarının kreobankının yaradılması bu cinsin qorunub saxlanmasına, biomaterialın itməməsinə kömək göstərəcək.
Süni mayalanma üzrə yeni kadrların hazırlanması tədbirləri aparılmışdır.FAO-Azərbaycan Əməkdaşlığı çərçivəsində aparılan təlimlər zamanı 2021-ci ildə 66 nəfər təlimə cəlb olunmuş , bunlardan 6 nəfər süni mayalanma təlimçisi olaraq yetişdirilmişdir.Təlim prosesi 2021 ci ilin aprel ayına qədər davam etmiş, 2021 ci ilin may ayından Süni Mayalanma Mərkəzi də öz növbəsində 1 təlim həyata keçirmiş və yeni 10 suni mayalanma mütəxəssisini sertifikatlaşdırmışdır.
2021-ci ildə Heyvandarlıq Elmi Tətqiqat İnstitunu tərəfindən Qarabağ regionu üçün yetişdirilmiş 12 nəfərdən ibarət Süni mayalanma texniki təkrardan Respublika Süni Mayalanma Mərkəzində nəzəri və praktiki təlimlərə cəlb edilmiş, təlimin sonunda ehtiyaclara uyğun olan avadanlıqlar və sertifikatlarla təmin edilmişdilər. Respublika Süni Mayalanma Mərkəzi 2022-ci ilin birinci rübü üzrə yenidən FAO-Azərbaycan Əməkdaşlığı çərçivəsində aparılan təlimlər zamanı 40 nəfər süni mayalanma mütəxəssisini təlimlərə cəlb etmiş, birinci rüb üzrə 35 nəfər müxtəlif rayonlardan olan texnik sertifikatlaşdırılmışdır.
FAO-nun Azərbaycan Tərəfdaşlıq Programı üzrə Kənd Təsərrüfat Nazirliyi və Respublika Süni Mayalanma Mərkəzinin birgə layihəsi ilə Azərbaycanda ilk dəfə iribuynuzlu heyvanlarda embrion transferi layihəsini praktik olaraq bu gün artıq həyata keçirildi. Embrion transferi tətbiqinin əsas məqsədi üstün keyfiyyətə malik inəklərdən alınacaq balaların sayını artırmaqdır. Bu məqsədlə Göygöl rayonunda yerləşən Respublika Süni mayalanma Mərkəzinə gətirilmiş 35 baş “Simmental” cinsindən olan resipient düyələrə embrionlar köçürülmüşdür. Hazırda 12 baş donor heyvandan avqust, sentyabr aylarında bala alınacaq. Embrion transferi prosesini həyata keçirəcək Respublika Süni Mayalanma Mərkəzinin 5 mütəxəssisi Almaniyada müvafiq kurslarda iştirak ediblər. Embrion transferinin tətbiqi xaricdən heyvan idxalına ən yaxşı alternativ hesab olunur. Xaricdən dondurulmuş embrionun gətirilməsi və transplantasiyası xaricdən damazlıq heyvan gətirilməsinə görə daha asan və daha ucuz başa gəlir. Embrion transferi üçün istifadə olunan texnologiya heyvanların ən intensiv üsulla yetişdirməyə imkan yaradır və ənənəvi reproduktiv üsulla müqayisədə genetik qiymətli heyvanların sayından on qat çox artırır.
Keçidlər