Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, #Göygöl!

19 fevral 2024 | 09:47
Göygöl rayonunda gənclər siyasəti əsasən gənclərin vətənpərvərlik və hərbi vətənpərvərlik tərbiyəsi, sağlam həyat tərzinin təbliği, elmə və təhsilə marağın artırılması, yaradıcılıq və intellektual potensialının inkişafı, onların vətəndaşlıq prinsiplərinə uyğun şəxsiyyət kimi formalaşdırılması istiqamətlərini əhatə edir. Qeyd edilən istiqamətlər Göygöl rayonu üzrə gənclər və idman sektorunun prioritet fəaliyyət istiqamətləridir. Bu fəaliyyətlərin icrası məqsədilə mütəmadi olaraq kütləvi tədbirlər, müsabiqə və yarışlar, seminar və təlimlər, festival, düşərgə və ekskursiyalar təşkil edilir.
Rayonda gənclərin asudə vaxtının səmərəli təşkili üçün müəyyən şərait və imkanlar mövcuddur. 2014-cü ildən etibarən rayonda müasir standartlara cavab verən Olimpiya İdman kompleksi və Gənclər evi gənclərin istifadəsinə verilib.
Bugünədək gənclər və idman sektoru tərəfindən gənclərin layihə və təkliflərinə dəstək göstərilib, qrant müsabiqələrinin qalibi olmuş istər gənclər təşkilatlarının, istərsə də gənclərin fərdi layihələrinin, həmçinin sektor tərəfindən və Gənclər evi tərəfindən icrası nəzərdə tutulmuş layihələrin səmərəli şəkildə təşkili həyata keçirilib.
Hal-hazırda isə Göygöl şəhər Heydər Əliyev parkında yerləşən Gənclər evində gənclərin asudə vaxtının təşkili və hərtərəfli inkişafı üçün kurs və klublar fəaliyyət göstərir. Onlara komputer və informatika kursu, musiqi və gitara kursu, dekorativ və incəsənət kursu, təlim və inkişaf klubu, sosial fəaliyyət klubu daxildir.
Keçidlər