Sabahın xeyir, #Göygöl!
16 oktyabr 2023 | 09:57
Göygöl Elektrik Şəbəkəsi “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin xidməti ərazisində əhaliyə xidmət edən 35/10/6 kv-luq 11 Yarımstansiya və bir ədəd Su elektrik stansiyası fəaliyyət göstərir. Beş ədəd giriş xətti: 35 kv-luq Göygöl 1, Göygöl 2 hava xətləri, 35 kv-luq Alıuşağı hava xəti, 35 kv-luq Qızılca hava xətti, 35 kv-luq Çaylı hava xətti. Yarımstansiyada 6/10 kv-luq 39 ədəd əhali xətti, 26 ədəd qeyri əhali (özəl) xətt olmaqla 64 ədəd hava xətti vardır. Xəttlərin uzunluğu 69.17 km 35 kv-luq , 320 km 6/10 kv-luq, 304 km 0.4 kv-luq elektrik veriliş xətti. Abonentlərin sayı 22202-dir, bunlardan 20489-u əhali qrupu, 1713-ü isə qeyri-əhali qrupudur. Əhali və qeyri-əhaliyə xidmət edən 10/6/0.4 kv-luq 743 ədəd transformator vardır.
Son bir il ərzində Göygöl Elektrik Şəbəkəsi “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti 2 mindən çox köhnə tipli sayğacları yeni tipli smart kart sayğaclarla dəyişdirilmiş, Şəhriyar kəndində yeni yaşayış massivi üçün yeni güc mərkəzi yaradılmış, Üçtəpə kəndində qəzalı dayaqlar dəyişdirilmiş və yeni şəbəkə qurulmuşdur. Yalqışlaq kəndində qəzalı və yarsız dayaqlar dəyişdirilmiş yeni SİP kabel cəkilmiş, Sərkarlı kəndinin şəbəkəsi və 35/10 kv-luq Alıuşağı Yarımstansiyası yenidən qurulmuş və istismara verilmişdir.
Göygöl Elektrik Şəbəkəsinin məsul şəxslərin qəbul günləri həftənin 5 iş günü, saat 08:00-dan 17:00-dək, fasilə vaxtı 12:00-dan 13:00-dək.