Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, #Göygöl!

15 iyul 2024 | 10:31

Müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatı durmadan hər il sürətlə inkişaf edir. Bunun sayəsində xalqın rifah halı günü-gündən yaxşılaşır və tikiş məmulatına olan tələbat da artır. Bu baxımdan ölkədə fəaliyyət göstərən Peşə məktəblərində "Tikiş avadanlığının operatoru-tikişçi" ixtisasına böyük maraq artıbdır və bacarıqlı tələbələr yetişdirilir. Bunların içərisində Göygöl Peşə Məktəbinin fəaliyyəti də danılmazdır. Məktəbin ixtisaslı kadrı olan Elina İsayeva 28 ildir ki dərzilik ixtisasının sirlərini yüzlərlə tələbəyə öyrətmişdir. Elina İsayeva Gəncə Yüngül Sənaye texnikumunun "Tikiş Texnoloq"u ixtisasını bitirmiş, elə həmin dövrdən tikiş sənəti ilə məşğuldur. Elina müəllimə geyimlərin çeşidini artırmaq, müasir, yeni, əsas və köməkçi tikiş materiallarından istifadə etmək, zövqə uyğun modelli geyimlər hazırlamaq, eləcə də onların keyfiyyətini və xarici görünüşünü yaxşılaşdırmaq kimi fəaliyyətləri yeni kadrlara böyük həvəslə aşılayır.

Keçidlər