Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, #Göygöl!

14 oktyabr 2024 | 09:55
Göygöl rayonunun əlverişli təbii-coğrafi şəraiti qədimdən bu ərazidə üzümçülüyün geniş inkişafına imkan yaratmış və bu təsərrüfat sahəsi rayon sakinlərinin il boyu işlə təmin olunmasında mühüm rol oynayır.
Rayon ərazisində 718,7 ha üzüm bağı vardır. Bunun 706.2 ha Kabarne-Savinyon, Merlot, Şardone, Sirah, Savinyon blank, Saperavi, Rkasiteli və Mədrəsə texniki sortlarıdır, 12,5 ha isə Təbrizi süfrə üzümü sortudur. Sentyabr ayının 15-dən rayon ərazisində üzüm yığımına başlanmışdır. Bu günə kimi 514,0 ha sahədən 3063,8 ton məhsul toplanmışdır. Orta məhsuldarlıq 59.5 sen/ha olmuşdur.
Rayon ərazisində süfrə üzüm sortlarınn yığımı yekunlaşmışdır, texniki üzüm sortlarının yığımı davam etdirilir.
Keçidlər