Sabahın xeyir, #Göygöl!
13 may 2024 | 09:35
Bir ildən artıqdır ki, Göygöl rayonunda fəaliyyət göstərən "Go Goygol" turizm bələdçi xidməti 13 550 qonaq qəbul edərək turistləri rayonumuzun tarixi və görməli yerləri ilə tanış edir. Onlardan 8476 nəfəri yerli 5074 nəfəri xarici qonaq olub. Göygöl şəhərinin mərkəzində alman memarlıq abidələrindən olan Alman İcmasının Tarixi Muzeyi (Viktor Klaynın evi), Lüteran kilsəsi və yeraltı zirzəmilər və eyni zamanda Göygöl Milli parkına səfərlər təşkil olunur. Həmçinin turistlər üçün şərab dequstasiyaları təklif olunur.