Sabahın xeyir, #Göygöl!
11 dekabr 2023 | 09:35
Göygöl rayonunda bir neçə moruq təsərrüfatı mövcuddur. Bunlardan biri də 2020-ci ildən fəaliyyət göstərən Cəfərov Şəhriyar Təvəkkül oğluna məxsus olan 7 hektar ərazidə damcı suvarma sistemi ilə qurulmuş moruq təsərrüfatıdır. Təsərrüfatda hazırda bir neçə növ polka, polana və yerli moruq növü yetişdirilir. Polka moruq növü digərlərindən daha məhsuldar olduğu üçün təsərrüfatda bu növün yetişdirilməsinə üstünlük verilir. İl ərzində hər hektar sahədən orta hesabla 8-10 ton moruq məhsulu əldə olunur. Məhsulun satışı Respublikanın bölgələrində həyata keçirilir.