Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, #Göygöl!

11 sentyabr 2023 | 09:46
Göygöl rayon Keşkü kənd tam orta məktəbi 1935-ci ildə yaranmışdır. Hal-hazırda məktəbdə 21 pedaqoji, 8 texniki işçi çalışır və 53 şagird təhsil alır. Dahi mütəfəkkir Mir Cəlal Paşayevin "Dağlar dilə gəldi", "Ərik ağacı" əsərlərində məktəb barədə qeydləri var. Kənd sakinlərinin bildirdiklərinə görə Mir Cəlal Paşayev özü də Keşkü kənd tam orta məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2021-2022-ci tədris ilində məktəbin 8 nəfər məzunundan 7 nəfəri ali məktəbə daxil olub. 2022-2023-cü ildə isə məktəbin 3 nəfər şagirdi ali məktəbə qəbul olub. Məktəbin coğrafiya müəllimi Leyla Rzayeva ilin müəllimi adına layiq görülüb. Məktəbin direktoru Eldəniz Səttarov 7-ci qrant müsabiqəsinin qalibi olmuşdur. Məktəbin ingilis dili müəllimi Elnarə Abbasovanın təşəbbüsü ilə Xocalını istəmədən tərk etdik qısametrajlı film çəkilib və adı çəkilən müəllimin təşəbbüsü ilə rayonda “conversation club” dərsləri təşkil edilib. Keşkü kənd tam orta məktəbin müəllimləri ilə Azərbaycan Diplomatiya Akademiyasının Qazax mərkəzi ilə əlaqələr yaradılıb. Məktəb rayon tədbirlərində aktiv iştirak etmiş və dəfələrlə Göygöl rayon Gənclər mərkəzində tədbirlər təşkil etmişdir.
Göygöl rayon Keşkü kənd tam orta məktəbin kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Keçidlər