Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, #Göygöl!

10 iyun 2024 | 09:27
Şəhid baş-leytenant Niftəliyev Ceyhun Bahadur oğlu 5 noyabr 1972-ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olmuşdur. 1978-ci ildə Basarkeçər rayon Böyük Məzrə kənd tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 1988-ci ildə ailəsi ilə birgə Göygöl şəhərinə köçmüşdür. 1989-cu ildə isə Göygöl şəhər T.Əmiraslanov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirmişdir. 1989-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olmuşdur. 1992-ci ildə həmin universiteti bitirmişdir.
1992-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetini bitirdikdən sonra Ceyhun Niftəliyevə leytenant hərbi rütbəsi verilmişdir. 1992-1995-ci illərdə “N” saylı hərbi hissənin tərkibində Birinci Qarabağ müharibəsində iştirak etmişdir.
27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Ceyhun Niftəliyev 29 sentyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 30 sentyabr 2020-ci il tarixdə Göygöl Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət ordeni“ ilə təltif edilib. Evli idi, 2 övladı var.
Keçidlər