Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, #Göygöl!

10 mart 2025 | 09:44
1139-cu ildə Gəncədə baş verən zəlzələdə Kəpəz dağının uçaraq Ağsu çayının qarşısını kəsməsi nəticəsində ən böyüyü Göygöl olmaqla 7 böyük və onlarla fərqli göllər şəbəkəsi meydana gəlmişdir. Həmin göllərdən biri də füsunkar gözəlliyi ilə seçilən Güzgü gölüdür.
Dağların, təpələrin, güllərin, çiçəklərin arasında yerləşən əsrarəngiz görünüşə sahib olan dağ gölü Güzgü göl ətrafdakı mənzərəni güzgüdəki kimi özündə əks etdirir. Göl iki hövzədən ibarətdir. Birinci hövzənin sahəsi 1 hektar, dərinliyi 6-8 metrdir. Qayalıq ərazisində dərinliyi 10 metrdən 16 metrə qədərdir. Dibində olan bütün daşlar görülür. Gölə atılan əşya 5-6 dəfə böyüyür. İkinci hövzə meşəliyin arasında yerləşir, gün işığı düşdüyü zaman parıldayır. Təbiətin ecazkar əksi sanki güzgüdə görsənirmiş kimi göldə əks olunur. Adının Güzgü gölü olmasının bir səbəbi də budur.
Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimov “Güzgü göl əfsanəsi”ndə epitetlərdən, məcaz və təşbehlərdən istifadə edərək gölün gözəlliyini təsvir etmişdir. Əfsanədə təsvir edilir ki, Güzgü göl Kəpəz dağının aşağı sinəsində, Göygölün yuxarı yaxasında, yamyaşıl meşənin içində, ağ qayaların əhatəsində yerləşir.
Keçidlər