Sabahın xeyir, #Göygöl!
09 oktyabr 2023 | 09:56
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və ya qısaca ANAMA (ing. Azerbaijan National Agency for Mine Action) — Azərbaycan Respublikası Müharibədən Təsirlənən Bölgələrin Yenidən Qurulması və Bərpası üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən mina təmizləmə agentliyi və icra orqanı olaraq Azərbaycan ərazisindəki minaları zərərsizləşdirmək üçün Azərbaycan Minalardan Təmizləmə Proqramına uyğun bütün lazımi prosedurların həyata keçirilməsinə cavabdeh bir qurumdur.
Erməni təcavüzkarlarının işğaldan azad edilmiş rayonlarda özlərindən sonra külli miqdarda müxtəlif təyinatlı manlar qoyub getdikləri nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2021-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradıldı.
ANAMA öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası vətəndaşlarının minalardan və partlayıcı qurğulardan əziyyət çəkmədikləri bir mühit yaratmağa çalışır. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması və məcburi köçkünlərin yenidən vətənlərinə qayıtmasının təmin olunması üşün ilk növbədə həmin ərazilərin mina və partlamamış mərmilərdən təmizlənməsi vacibdir. Həmşinin həmin ərazyə köçürüləcək əhakinin maariflənməsi məqsədi ilə Agentliyin təhsil proqramı 26-dan çox bölgədə və xüsusilə cəbhə bölgələrinə yaxın ərazilərdə həyata keçirilir.
ANAMA-nın Bakı şəhərində yerləşən Baş Qərargahı, Füzulidə yerləşən Regional Bazası, Göygöldəki Regional Təlim Mərkəzi, Tərtər, Ağcabədi, Ağstafa və Bakıda yerləşən 4 əməliyyat mərkəzi mövcuddur.
Göygöl rayonunda fəaliyyət göstərən Regional Təlim Mərkəzi bu günədək Agentlik üçün yüksək keyfiyyətli kadr hazırlanması və mülki əhalimin mina təhlükəsinə qarşı marifləndirilməsi sahəsində misilsiz xidmətlər göstərmişdir. Vaxtaşırı keçirilən təlimlərdə partlayıcı sursatların təhlükəsi, təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə məlumat verilmişdir. Həmçinin, təlimlər zamanı müxtəlif növ mina və sursatların vizual tanınması üçün maketləri nümayiş olunur. İştirakçılara təhlükəsizlik nişanları, işarələri, mina və sursatların növlərini, ümumi əlamətlərini özündə əks etdirən maarifləndirici və xəbərdaredici broşurlar və posterlər paylanılmışdır.