Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, #Göygöl!

08 iyul 2024 | 10:14
Şəhid leytenant Abbasov Seymur Muşfiq oğlu 20 may 2000-ci ildə Göygöl şəhərində anadan olmuşdur. 2006-cı ildə Göygöl şəhər S.Vurğun adına 3 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2017-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
2017-2020-ci il tarixlərdə Ali Hərbi Məktəbdə hərbi təhsil almışdır. 4-cü kursda oxuyarkən vaxtından əvvəl leytenant rütbəsi almışdır. 2020-ci ildə “N” saylı hərbi hissədə xidmətini davam etdirmişdir.
27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Seymur Abbasov 8 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 16 noyabr 2020-ci il tarixdə Göygöl Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.
 
 
 
Keçidlər