Sabahın xeyir, Göygöl!
05 may 2025 | 09:51
Göygöl rayonunun Dozular kəndində yerləşən körpü XVI əsrə aid edilir. Körpü bir tağlıdır. Kürəkçay çayı üzərindədir və iki sahili birləşdirir. Körpünün möhkəmliyini təmin etmək üçün 2 dayaq nöqtəsində daşdan bünövrəyə bənzər konstruksiya qurulmuşdur. Körpü doğranmış ehəng daşlarından hörülmüşdür. Körpünün uzunluğu təxminən 26 metr, eni 4 metr, tağının hündürlüyü isə 12 metrdir. Körpü hal hazırda işlək vəziyyətdədir.