Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, #Göygöl!

04 dekabr 2023 | 10:09
Göygöl Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin strukturu Aparat, Sanitar təmizlik, Yaşıllaşdırma, Avtomobil, Abonent, Abadlıq, Kadrlar şöbəsindən ibarətdir. İdarədə ümumi 451 nəfər, onlardan Aparatla birlikdə 233 nəfər daimi, 218 nəfəri isə DOST iş mərkəzi üzrə işçi çalışır.
Göygöl MKTİB-də 3 ədəd su maşını, 2 ədəd qaldırıcı kran (Bobcat), 3 ədəd tullantıları presləyən maşın (JAC), 1 ədəd özüsüpürən maşın, 1 ədəd UAZ, 6 ədəd traktor, 2 ədəd tullantıları özüboşaldan Kamaz, 1 ədəd Shacman, ümumi 19 texnika fəaliyyət göstərir. Bütün texnikalar qışa hazırlıq vəziyyətinə gətirilmiş və onlara texniki qulluq mütəmadi olaraq göstərilir.
Göygöl Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən mütəmadi olaraq şəhər ərazisi, xiyabanlar, parklar müntəzəm olaraq alaq otlardan təmizlənir, süpürülür və arxların içi çıxarılaraq texnikalar vasitəsi ilə daşınır, tullantı qutuları silinib təmizlənir, qəbiristanlıqlarda iməciliklər təşkil olunur. Mərkəzi küçələrdə və “Vətən” bağında yeni ağaclar əkilmiş, payız mövsümü ilə bağlı qurumuş ağacların kəsilməsi və budanması işləri hal-hazırda davam etdirilir. Şəhərin küçələrində və parklarda mütəmadi olaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilir, ağaclar dərmanlanır.
Evlər müdirləri tərəfindən abonentlərdən məişət tullantılarına görə gündəlik olaraq yığım aparılır. Kommersiya üzrə isə sahibkarlarla yeni müqavilələr imzalanır və onlara yüksək səviyyədə xidmət göstərilməsi təmin edilir. Eyni zamanda şəhər əhalisinin şəxsi təsərrüfatları haqda məlumatların ünvan üzrə dəqiqləşdirilməsi işləri aparılır.
Keçidlər