Sabahın xeyir, #Göygöl!
Göygöl şəhər sakini Müşviqə Musayeva epoksid əl işləri ilə məşğul olur. Bu hobbi onda kiçik yaşlarından yaranıb. Məktəblər arası keçirilən yarışlarda hazırladığı əl işləri ilə iştirak edərək yüksək yerlər tutmuşdur. Gənc sənətkar bildirir ki, epoksid sənətini araşdırdıqca marağı daha da artmışdır. Epoksid xam mal maye halında olur, qatqıları qatıldıqdan sonra bərk maddəyə çevrilir. Lazım olan dizayn formanı almaq üçün xüsusi boyalardan və qəliblərdən istifadə olunur. Sənətkar epoksiddən əlfəcin, brelok, boyunbağı, sırğa, kül qabı, domino və s. hazırlayır. Göz oxşayan əl işlərinin hazırlanması diqqət, səbr və ən əsası isə sevgi tələb edir. Gənc sənətkar əl işlərini sosial şəbəkə vasitəsi ilə paylaşaraq və keçirilən müxtəlif sərgilərdə iştirak edərək satışını həyata keçirir. Göygöldə epoksidlə işləyən sənətkar Müşviqə xanımın əl işləri rayon sakinlərinin və rayona gələn turistlərin böyük marağına səbəb olur.