“Sabahın alimləri” XIII Respublika Müsabiqəsində Göygöl məktəblilərinin layihəsi qalib olub
12 fevral 2024 | 16:40
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsində iştirak edən IX-XI sinif şagirdlərinin elmi tədqiqat işləri meyarlara uyğun olaraq qiymətləndirilib. Qiymətləndirmə “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin Elmi Ekspertiza Komitəsi tərəfindən aparılıb. Müsabiqə çərçivəsində Bakı şəhərində keçiriləcək sərgiyə qəbul olunan layihələr artıq seçilib.
Göygöl şəhəri 5 nömrəli tam orta məktəbin şagirdləri Fidan Abbasova və İlkin Əliyevin, elmi rəhbər Nailə Məmmədovanın adı seçilən layihələrin siyahısındadır.
Sərgiyə seçilən şagirdləri təbrik edir və növbəti mərhələdə uğurlar arzulayırıq.