Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Zurnabad kənd və Aşağı Zurnabad qəsəbəsində keçirilən səyyar görüşdə qaldırılmış məsələlər öz həllini tapıb

30 oktyabr 2023 | 18:06

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin rayonun Zurnabad kənd və Aşağı Zurnabad qəsəbə sakinləri ilə keçirilmiş səyyar görüşü zamanı əhali tərəfindən qaldırılan təkliflər qısa müddət ərzində öz həllini tapıb. Belə ki, Rayon İcra Hakimiyyəti başçısının tapşırığı əsasında Zurnabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və kənd bələdiyyəsinin daxili imkanları hesabına Zurnabad kəndini meşə massivi ilə birləşdirən körpünün dayaqlarında beton bərkitmə və qaynaq işləri aparılaraq sakinlərin istifadəsinə verilmişdir. Eyni zamanda Aşağı Zurnabad qəsəbəsinin küçələrinə qum-çınqıl örtüyü tökülərək bıçaqlı texnika vasitəsi ilə hamarlanmışdır.

Keçidlər