Rayonun Topalhəsənli kəndində keçirilmiş səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlər öz həllini tapır
07 oktyabr 2022 | 10:45
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin 06 sentyabr 2022-ci il tarixində rayonun Topalhəsənli kəndində keçirilmiş səyyar qəbulu zamanı vətəndaşlar tərəfindən Gəncə çay çayının sahilində bərkitmə işlərinin aparılması və kənddaxili yollarının təmir olunması məsələləri təklif olunmuşdur. Göygöl Rayon İcra Hakimiyyəti başçısının tapşırığı əsasında Topalhəsənli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi və bələdiyyə tərəfindən Gəncə çay çayının kənd ərazisindən keçən sahilində bərkitmə işləri aparılmış və kənddaxili yollar təmir olunmuşdur. Eyni zamanda qəzalı vəziyyətdə olan elektrik dirəkləri yenisi ilə əvəz olunmuşdur.