Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Mollacəlilli kəndində Vətən Müharibəsi şəhidlərinin abidə kompleksinin əsaslı təmirdən sonra açılışı həyata keçirilib

27 may 2022 | 15:41

Şəhidlərimin əziz xatirəsi dövlətimiz və xalqımız tərəfindən daim əziz tutulur, Şəhid adları əbədiləşdirilir, onların xatirəsinə xatirə kompleksləri inşa edilir.  28 May Müstəqillik günü ərəfəsində Göygöl rayonunun Möllacəlilli kəndində Vətən Müharibəsi şəhidlərinin abidə kompleksinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin icraçısı, başçısının I müavini Turani Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Tədbir Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra  Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin icraçısı, başçısının I müavini Turani Əliyev çıxış edərək qeyd edib ki, Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızı azad ediblər. Respublikanın digər bölgələrində olduğu kimi Göygöl rayonunda da əziz xatirəsi ehtiramla anılır, şəhid ailələrinə diqqət və qayğı göstərilir.

Tədbirdə çıxış edən şəhid ailələri  dövlət başçısına şəhid ailələri və qazilərə  göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirdilər. Sonra məktəblilər şəhidlərə həsr olunmuş mübariz ruhlu şeirlər söylədilər.

Sonda Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin icraçısı, başçısının I müavini Turani Əliyev və Vətən Müharibəsi şəhidi İmdad Tağıyevin atası Rövşən Tağıyev şəhidlərin xatirə kompleksinin açılışını həyata keçirərək, kompleksin ətrafında salınmış parkda şəhidlərin xatirəsinə ağac əkdilər.

Keçidlər