Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Hacıməlik qəsəbəsində şəhidlərinin xatirəsinə inşa edilmiş abidə kompleksinin açılışı olub

27 sentyabr 2022 | 10:31
     27 sentyabr “Anım günü”ndə Göygöl rayonu Hacıməlik qəsəbəsində şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə abidə kompleksinin açılış mərasimi keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Milli Məclisin Deputatı Elşad Mirbəşiroğlu, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, rayonun hüququ-mühafizə orqanlarının və digər rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər, ziyalılar və qəsəbə sakinləri iştirak ediblər.
     Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxış edərək qeyd edib ki, Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın silahlı qüvvələri 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək II Qarabağ Müharibəsində bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürüb, şanlı Zəfər qazanaraq, tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa edib.
     Tədbirdə çıxış edən Milli Məclisin Deputatı Elşad Mirbəşiroğlu qeyd edib ki, I və II Qarabağ Müharibəsində Vətənimizin azadlığı uğrunda canlarından keçmiş vətən oğullarının xatirəsini dövlətimiz və xalqımız daim əziz tutur, onların adları əbədiləşdirilir, əziz xatirələri ehtiramla anılır, şəhid ailələrinə diqqət və qayğı göstərilir.
    Tədbirdə çıxış edən şəhid ailələri dövlət başçısına şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirdilər. Sonra məktəblilər şəhidlərə həsr olunmuş mübariz ruhlu şerlər söylədilər.
Keçidlər