Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Gəncə kəndində keçirilmiş səyyar qəbul zamanı səsləndirilmiş məsələlər öz həllini tapıb

28 oktyabr 2023 | 10:48

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin rayonun Gəncə kənd sakinləri ilə keçirilmiş səyyar görüşü zamanı əhali tərəfindən qaldırılan təkliflər qısa müddət ərzində öz həllini tapıb. Belə ki, Rayon İcra Hakimiyyəti başçısının tapşırığı əsasında Zurnabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və kənd bələdiyyəsinin daxili imkanları hesabına Gəncə kənd istirahət parkının ətrafında və daxilində iməcilik işləri aparılmış, ağaclar budanmış, hasarın dağılmış hissəsi hörülərək bərpa olunmuşdur. Parkda quraşdırılmış uşaq əyləncə qurğuları və oturacaqlar təmir olunaraq rənglənmişdir. Parkın ətrafındakı bulağın boruları yenisi ilə əvəz olunmuş və park kənd sakinlərinin istifadəsinə verilmişdir.

Keçidlər