Rayonun Firuzabad qəsəbəsində səyyar görüş keçirilib
15 iyul 2022 | 12:17
15 iyul 2022-ci il tarixdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin icraçısı Turani Əliyev rayonun digər rəhbər şəxsləri və xidmət sahələrinin rəhbərləri rayonun Firuzabad qəsəbəsində səyyar görüş keçirib. Görüşdə qəsəbə sakinləri mövcud problemləri, o cümlədən içməli su təminatının yaxşılaşdırılması, internet sürətinin artırılması və qəsəbə yollarının kənarına zibil qablarının qoyulması məsələlərini qaldırıblar. Vətəndaşları dinləyən Turani Əliyev qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.