Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Aşıqlı kəndində keçirilmiş səyyar qəbul zamanı səsləndirilmiş məsələlər öz həllini tapır

17 oktyabr 2022 | 18:20

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin 04 oktyabr 2022-ci il tarixdə rayonun Aşıqlı  kəndində keçirilmiş səyyar qəbulu zamanı sakinlər tərəfindən elektrik xətlərinə maneçilik yaradan ağacların budanması təklifi irəli sürülmüşdür. Qaldırılan məsələ ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının tapşırığı əsasında Göygöl Paylayıcı elektrik şəbəkəsinin əməkdaşları tərəfindən Aşıqlı kəndi ərazisində transformatorlara əlavə xətt ayırıcıları qoyulmuş, elektrik xətlərinə maneçilik yaradan ağacların budanma işləri həyata keçirilmişdir. 

Keçidlər