Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Göygöl şəhər sakinləri ilə növbəti səyyar qəbul keçirib
12 mart 2025 | 19:20
Göygöl şəhəri Elnur Cabrayılov küçəsi, Elgün Əmiraslanov küçəsi və Vüsal Həsənov küçəsi sakinləri ilə keçirilən səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev keçirilən səyyar qəbulların ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar qəbul zamanı bir qrup şəhər sakinini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən yeni asflat salınmış küçədə yol kənarına ağacların əkilməsini, küçələrdə zibil qutularının yenilənməsini, küçələrdə ad göstərici lövhələrin, ünvan nömrələrinin vurulmasını və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.