Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində "Kadr Potensialının Gücləndirilməsi" layihəsi çərçivəsində növbəti təlim keçirilib

25 mart 2023 | 11:52
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan İnsan Resursları Assosiasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dəstəyi ilə dövlət qulluqçularının peşəkarlığının artırılması və iş keyfiyyətinin yaxşılaşdırılması, öz şəxsi inkişaflarını peşəkar təlimçilər vasitəsi ilə artırmaları, müasir dövrün tələblərinə cavab verən kadrların formalaşdırılmasına töhfə verilməsi məqsədilə növbəti təlim keçirilib.
Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirakı ilə keçirilən təlimdə Kənd Təsərrüfatı Nazirliyi Elm, təhsil və insan resursları şöbəsinin Təlim və inkişaf sektorunun müdiri, Ədliyyə Akademiyasının təlimçisi, Mediasiya Şurasının üzvü Fidan Fətəliyevanın təqdimatında “Münaqişələrin idarə edilməsi” mövzusundan bəhs olunub.
Keçidlər