Quşçuluq təsərrüfatı
12 iyun 2023 | 09:40
Göygöl rayonunun Balçılı kəndi ərazisində quşçuluq təsərrüfatı üçün inkubatorlar fəaliyyət göstərir. Bu inkubatorlara hər ilin ilk 6 ayı ərzində təxminən 1 milyondan çox yumurta qoyulur. İnkubatorlara qoyulan yumurtalar əsasən kənd sakinlərindən və digər bölgələrdən alınır. Cücələr çıxarıldıqdan sonra fermerlər və kənd sakinləri həmin cücələri alaraq təxminən 30-50 gün müddətinə böyüdüb Azərbaycanın digər bölgələrinə satışlar edirlər. Cücələri bəsləmək üçün xüsusi hazırlanmış yem və su qablarından, İmişli və Ağdaş yem zavodlarında hazırlanmış ətlik maya yemi, serebrist maya yemi, kənd 1, kənd 2, ətlik böyütmə yemi, serebrist böyütmə yemi, ətlik bitirmə yemi, serebrist bitirmə yemlərindən istifadə olunur.