Qızılca kənd bələdiyyəsi işini günün tələblərinə uyğun qurur
29 iyun 2022 | 14:43
Göygöl rayonu Qızılca kəndinin hərəkət hissəsində olan yol yağışın və selin nəticəsində deformasiyaya uğramış, yolda qabarmalar və çalalar əmələ gəlmişdir. Bu isə kənd sakinlərinin gediş-gəlişinin çətinləşməsinə səbəb olurdu. Qızılca kənd bələdiyyəsi tərəfindən operativ olaraq narahatçılıqlar aradan qaldırılmış, yollara çınqıl örtük tökülərək hamarlandırılmışdır.