Şriftin ölçüsü :

Saytın rəngi :

Qərbi Azərbaycan İcmasının Göygöl rayonu nümayəndəliyinin yığıncağı keçirilib

18 fevral 2025 | 11:04
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Qərbi Azərbaycan İcmasının Göygöl rayonu üzrə nümayəndəsi Hamlet Ömərov və icmanın üzvləri iştirak ediblər. Yığıncaqda Ermənistandan azərbaycanlıların zorla çıxarılmasının tarixi, qayıdışın hüquqi əsasları və humanitar məsələlər geniş müzakirə edilib, iştirakçıların təklifləri dinlənilib və 2025-ci il ərzində görüləcək işlərə dair İş planı təsdiq olunub.
Qeyd edək ki, rayonda yaşayan Qərbi azərbaycanlılar arasında qayıdış hüququnun təşviqi və onların adət-ənənələrinin, mədəni dəyərlərinin təbliği, Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində təşkilatlanmanın daha da gücləndirilməsi vacibdir. Bu istiqamətdə işlər davam edir.
Keçidlər