Şriftin ölçüsü :

Saytın rəngi :

Qasımov Ceyhun Əli oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib

24 iyun 2024 | 18:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2024-cü il tarixli müvafiq Sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Qasımov Ceyhun Əli oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Ceyhun Qasımov 1980-ci ildə Ermənistan SSR, Vardenis rayonu Zod kəndində anadan olub. 2003-cü ildə Rusiya Federasiyasının Maliyyə və hüquq İnstitutunu, 2012-ci ildə isə Bakı Dövlət Universitetini bitirib.
2005-2021-ci illərdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsində Aparıcı məsləhətçi vəzifəsində işləyib. 29.09.2021-ci il tarixdən hal-hazıradək Göygöl şəhər İcra Nümayəndəsi vəzifəsində çalışır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var 

Keçidlər