Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ Şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq idman növü üzrə açıq rayon birinciliyi keçirilib

31 avqust 2022 | 18:51
     30-31 avqust 2022-ci il tarixində Göygöl rayon Gənclər və İdman İdarəsinin və “SENSEY” Kikboksinq klubunun birgə təşkilatçılığı ilə 30 komanda üzrə 500 idmançının iştirakı ilə Mədəniyyət və istirahət parkında Qarabağ Şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq idman növü üzrə açıq rayon birinciliyi keçirilib. 
     Birincilik Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını fəda etmiş Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
     Tədbirdə RİH-nin məsul əməkdaşı, Göygöl rayon Gənclər və İdman idarəsinin rəisi və əməkdaşları, “SENSEY” Kikboksinq klubunun nümayəndələri, beynəlxalq və respublika dərəcəli hakimlər və rayon ictimaiyyəti iştirak ediblər.
     Müxtəlif yaş qrupları və çəki dərəcələri üzrə müəyyən olunmuş turnir Azərbaycan Kikboksinq  Federasiyasının qaydalarına əsasən həyata keçirilib. Birincilikdə  I, II, və III yerləri tutmuş komandalar təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunublar.
Keçidlər