Qalib Azərbaycan gənci hədəfini bilən və düz hədəfə atəş açandır!
27 may 2022 | 17:36
Gənclərin hərbi vətənpərvər ruhda tərbiyə olunması məqsədi ilə Göygöl rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “28 May – Müstəqillik günü”nə həsr olunmuş rayon ümumtəhsil məktəb şagirdləri arasında “Mahir nişançı” atıcılıq turniri keçirilib. Turnirdə 32 nəfər iştirak edirdi. I yerə şəhər 1 nömrəli tam orta məktəb komandası, II yerə Köşkü kənd tam orta məktəb komandası, III yerə isə şəhər 3 nömrəli tam orta məktəb komandalı layiq görülmüşlər. Qalib komandalara diplom və xatirə hədiyyələri təqdim olunmuşdur.