Şriftin ölçüsü :

Saytın rəngi :

“Peşəyə yiyələnməyin gələcəkdə müsbət təsiri, sosial təminat və sosial müdafiə” mövzusunda maarifləndirici tədbiri keçirilib

14 dekabr 2022 | 15:54

14 dekabr 2022-ci il tarixində  Göygöl Rayon İcra Hakimiyyətinin və Göygöl rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə  Göygöl şəhər 5 nömrəli tam orta məktəbdə  “Peşəyə yiyələnməyin gələcəkdə müsbət təsiri, sosial təminat və sosial müdafiə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və  hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vəfa İbrahimova peşəyə yiyələnməyin gələcəkdə müsbət təsiri haqqında ətraflı məlumat verərək, peşəyönümündə şagirdlərə ilk növbədə mənəvi-psixoloji şəraitin yaradılması və bu yolla hər bir şagirdin sevdiyi, maraq göstərdiyi, qabiliyyət və bacarığına müvafiq olan peşəni sərbəst, müstəqil surətdə seçə bilmələrinin daha uğurlu və rahat ola biləcəyini qeyd edib.   

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və  hüquqlarının müdafiəsi üzrə komissiyanın psixioloqu Ceyhun Hümbətov çıxışında şagirdlərə öz imkanlarını dəfələrlə ölçüb-biçməyə, qabiliyyətlərinə müvafiq əmək sahəsi seçməyə və seçdikləri peşəyə həvəslə yiyələnərək daha çox uğur qazana biləcəklərini şagirdlərə tövsiyə edib.

Göygöl şəhər 5 nömrəli tam orta məktəbin psixoloqu Quliyeva Nuranə çıxışında uşaqların müxtəlif yaşlarda fizioloji, psixoloji xüsusiyyətlərini və böyüdükcə münasibətlərində, təfəkkür, təxəyyül və hafizələrində mühüm dəyişikliklər baş verdiyini nəzərə alaraq hər şagirdin maraq və meyllərinə uyğun əməyə və peşəyə yiyələnmələri üçün istiqamət verildiyini  bildirrib.

Tədbir qarşılıqlı diskussiya şəklində keçirilib, müəllim və şagirdlər fikirlərini  bölüşüblər.

Keçidlər