"Oyuncaqsız uşaq, işsiz xanım qalmasın" layihəsinin təqdimatı keçirilib
26 yanvar 2023 | 16:16
Göygöl rayon Gənclər evində Azərbaycan Respublikasının Gənclər Fondunun "İdeyanı Reallaşdır 2022" gənclərin fərdi qrant müsabiqəsinin qalibi olan "Oyuncaqsız uşaq, işsiz xanım qalmasın" layihəsinin təqdimat mərasimi keçirilib. Təqdimatda Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Göygöl Peşə Məktəbinin direktoru Kəmalə Nəhmədova, Göygöl KOBİA-nın sədri Orxan Əhmədov, Gənclər evi SXM direktoru Şəhriyar İsmayılzadə, Göygöl GİKM direktoru Raul Abbaszadə, layihə rəhbərləri və təlim iştirakçıları iştirak edib.
"Oyuncaqsız uşaq, işsiz xanım qalmasın" layihəsinin təqdimatı layihənin rəhbəri Sənəm Qasımova tərəfindən həyata keçirilib. Bildirilib ki, layihənin məqsədi peşə təhsili almasına və kifayət qədər bacarığı olmasına baxmayaraq öz bacarıqlarının və imkanlarının fərqində olmayan və ya haradan başlamalı olduğunu bilməyən gənc xanımların fərdi məşğulluğuna dəstək göstərərək, gənclərdə peşə təhsilinə qarşı yeni baxış tərzinin formalaşmasına təkan verməkdir. Layihənin təqdimatında iştirak edən qonaqlar layihənin uğurla həyata keçirilməsi üçün xoş arzularını çatdırıblar və bu layihənin rayonda yaşayan gənc xanımların fərdi məşğulluğunun təmin edilməsinə dəstək olmaqla, onların əmək bazarına cəlb olunmasının asanlaşacağını vurğuladılar.