Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul rayonun Pənahlılar kəndində keçirilib

23 avqust 2022 | 20:01
    Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev sakinlərlə səyyar görüşləri davam etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər zamanı sakinləri narahat edən məsələlər yerində araşdırılır. Növbəti qəbul rayonun Pənahlılar kəndinin sakinləri ilə keçirilib. Qəbulda Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
    Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və bu portaldan istifadə etməklə, müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verib.
    Sonra Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev vətəndaşların qaz xəttinin təmiri, elektrik xətlərinin SİP kabel ilə əvəz edilməsi və dayaqların yenilənməsi, internet sürətinin artırılması və sair müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib
Keçidlər