Növbəti səyyar qəbul Göygöl rayonu Sərkarlı kəndində keçirilib
28 iyun 2022 | 09:40
Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin icraçısı Turani Əliyev rayonun digər rəhbər şəxsləri və xidmət sahələrinin rəhbərləri rayonun Sərkarlı kəndində səyyar görüş keçirib. Görüşdə kənd sakinləri mövcud problemləri, o cümlədən elektrik dayaqlarının və naqillərinin yenilənməsi, kəndin kənarında olan zibilliyin ləğv edilməsi, kəndə gələn yolun təmir olunması məsələlərini qaldırıblar. Vətəndaşları dinləyən Turani Əliyev qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.