Növbəti səyyar qəbul Göygöl rayonu Qızılca kəndində keçirilib
14 iyun 2022 | 14:54
Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin icraçısı Turani Əliyev rayonun digər rəhbər şəxsləri və xidmət sahələrinin rəhbərləri rayonun Qızılca kəndində səyyar görüş keçirib. Görüşdə kənd sakinləri mövcud problemləri, o cümlədən məktəbə gedən yolun təmiri, öz axarına çəkilmiş suravma su xəttinin təmiri, elektrik xəttinin və dayaqların yenilənməsi məsələlərini qaldırıblar. Vətəndaşları dinləyən Turani Əliyev qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.