Növbəti səyyar qəbul Göygöl rayonu Qırıqlı kəndində keçirilib
17 may 2022 | 12:14
Göygöl rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin icraçısı Turani Əliyev rayonun digər rəhbər şəxsləri və xidmət sahələrinin rəhbərləri rayonun Qırıqlı kəndində səyyar görüş keçirib. Görüşdə kənd sakinləri mövcud problemləri, o cümlədən təbii qazın təzyiqinin artırılması, suvarma suya olan tələbatı nəzərə alaraq subartezian quyusunun vurulması məsələlərini bildiriblər. Vətəndaşları dinləyən Turani Əliyev qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyyələrini bildirib.