Növbəti səyyar qəbul Göygöl rayonu Haçaqaya kəndində keçirilib
07 iyun 2022 | 15:43
Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin icraçısı Turani Əliyev rayonun digər rəhbər şəxsləri və xidmət sahələrinin rəhbərləri rayonun Haçaqaya kəndində səyyar görüş keçirib. Görüşdə kənd sakinləri kənddaxili yolun təmir olunması məsələsini qaldırıblar. Vətəndaşları dinləyən Turani Əliyev qaldırılan məsələnin həlli ilə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyyələrini bildirib.