Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar görüş Göygöl rayonu Pənahlılar kənd sakinləri ilə keçirib

31 yanvar 2024 | 10:15
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən rayonun Pənahlılar kəndində keçirilən səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar görüş zamanı bir qrup kənd sakini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən kəndin içməli su ilə təmin olunması, elektrik naqillərinin və dayaqlarının yenisi ilə əvəz olunması, imtiyazlı xəstələrə dərmanların kənd tibb məntəqəsində paylanılmasının təşkil edilməsi, su dəhnəsinin təmizlənməsi, kəndə gələn asfalt yolun cari təmir olunması, körpünün üstünə axan suyun qarşısının alınması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.
Keçidlər