Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti idman uğurumuz

30 yanvar 2024 | 13:37
27.01.2024 cü il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən 15 ölkənin iştirak etdiyi Savat idman növü üzrə "Budapeşt Open" Beynəlxalq turnirdə Milli komandamızın tərkibində yer alan Göygöl rayon “İrəvan” İdman Klubunun idmançısı 52 kq çəki dərəcəsində döyüşən Məmmədli Məhəmməd rəqiblərinə qalib gələrək turniri qızıl medalla başa vurmuşdur.
Bildiririk ki, 2008-ci il təvəllüdlü Məmmədli Məhəmməd Göygöl şəhər 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdidir. Göygöl rayon “İrəvan” İdman Klubunun Savat idman bölməsinin idmançısıdır. Şəxsi məşqçisi beynəlxalq turnirlərin qalibi İkinci DAN qara kəmər ustası Fəxri Cəfərovdur.
İdmançımızı təbrik edir, yeni-yeni qalibiyyətlər arzulayırıq.
Keçidlər