Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib

20 may 2023 | 15:15
19 may 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Göygöl Rayon İcra Hakimiyyətinin rəsmilərinin və rayon ictimaiyyətinin iştirakı ilə Göygöl rayonu ərazisində bir sıra tədbirlər təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin Hacıkənd meşəbəyliyinin ərazisində meşəbərpa işləri aparılan əraziyə baxış keçirib.
Daha sonra tədbir iştirakçıları yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə sözügedən ərazidə təşkil olunan ağacəkmə aksiyasında iştirak edib və müxtəlif cinsli ağaclar əkiblər.
Tədbirin davamı olaraq Göygöl Milli Parkının ərazisində balıq buraxılışı həyata keçirilib və Göygölə 1500 ədəd qızılxallı forel körpəsi buraxılaraq növbəti dəfə onların təbii artımına, bərpasına dəstək göstərilib.
Keçidlər