“Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib
12 oktyabr 2022 | 16:53
11 oktyabr 2022-ci il tarixində Göygöl Rayon İcra Hakimiyyətinin, Gənclər Evi sosial xidmət müəssisəsinin, Polis şöbəsinin, Gənclər və İdman İdarəsinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Göygöl Gənclər Evində keçirilən tədbiri Göygöl Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru İsmayılzadə Şəhriyar giriş sözü ilə açaraq Narkotik vasitələrin zərəri barədə və bununla bağlı keçirilən tədbirlər haqqında geniş və ətraflı məlumat verib.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vəfa İbrahimova və komissiyanın psixioloqu Ceyhun Hümbətov çıxışlarında bəşəriyyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə mübarizə yolları haqqında geniş məlumat verərək, məktəblərdə müəllim və psixoloqların hər bir uşağa fərdi yanaşaraq bu kimi halların vaxtında aşkar edib qarşısının alınmasına xüsusi diqqət yetirilməsini nəzərə çatdırdılar.
Göygöl Rayon Polis şöbəsinin yetkinlik yaşına çatmayanlar üzrə baş inspektorları Aqil Əliyev və Vüqar Məmmədov çıxışlarında narkomanlığa aludəçiliyin hər zaman gizli şəkildə baş verməsini və bunun ictimai təhlükə olduğunu qeyd ediblər.
Göygöl Rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov narkomaniyanın yalnız oğlan uşaqları tərəfindən deyil son zamanlar qadınların və qız uşaqlarının da buna sövq edilməsi və yayılması barədə fikrini bildirib.
Göygöl Rayon Uşaq və Ailələrə Dəstək mərkəzinin direktoru Rəbiyə Ablayeva bu bəlanın həmçinin ailədən də qaynaqlana bildiyi, valideynin övladına biganə yanaşması kimi halları barədə çıxış edib.
Tədbirin sonunda mövzuya aid Azərbaycan Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış bukletlər tədbir iştirakçılarına paylanılıb.