Şriftin ölçüsü :

Saytın rəngi :

"Mirvarid Dilbazi poeziya məclisi"

15 dekabr 2023 | 20:45

"Mirvarid Dilbazi poeziya məclisi" və ictimai birliyinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Göygöl rayon Mədəniyyət Mərkəzi, Heydər Əliyev Mərkəzi və Mərkəzləşmiş Kitabxana Sisteminin birgə dəstəyi ilə "Vətən oğulsuz olmasın" kitabının təqtimat mərasimi keçirilib. Təqtimat mərasimində ilk öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Bildirilib ki, kitab "Mirvarid Dilbazi poeziya məclisi" və ictimai birliyinin sədri, həmçinin "Kəlağayı muzeyi"nin direktoru Güllü Eldar Tomarlının ön söz müəllifliyi və redaktorluğu ile nəşr edilib, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. Kitabda xalq şairi Mirvarid Dilbazinin Ulu Öndərə həsr etdiyi şeirləri və onun haqqında xatirələr toplanılıb. Tədbirdə Güllü Eldar Tomarlı, şair Mələk İsmayıl, Göygöl rayon Mədəniyyət Mərkəzinin direktoru Əminə Rəhimova, Göy göl rayon Təhsil sektorunun metodisti, şair, publisist Afət Qara qızı, Mərkəzləşmiş kitabxana sisteminin direktoru İntizar Əliyeva və başqaları çıxış edib kitabın Ulu Öndər haqqında yazılan çox dəyərli mənbə və nəşrlərdən biri olduğunu vurğulayıblar. Qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyev özü mədəniyyətə bağlı insan olduğu qədər də mədəniyyət işçilərinə, şair və yazıçılara, sənət adamlarına həmişə diqqət və qayğı gösdərib.Sonda təqtimat mərasimində kitabda toplanan və Ulu Öndərə həsr olunan şeirlər səsləndirilib, tədbir iştirakçılarına kitablar hədiyyə olunub, milli mənəvi dəyərlərimizin tərənnümçüsü kəlağayı ilə şəkillər çəkdirilib.

Keçidlər