“Məişət zorakılığına məruz qalan şəxsə necə kömək etməli” və “Erkən nikaha yox deyək” mövzularda maarifləndirmə tədbiri keçirilib
“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndləri üzrə 2022-ci il üçün Göygöl rayonunda icrasına dair tədbirlər planına uyğun olaraq 03.06.2022-ci il tarixdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Yetkinlik Yaşına Çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı ilə Göygöl Rayon Gənclər Evində “Məişət zorakılığına məruz qalan şəxsə necə kömək etməli”, “Erkən nikaha yox deyək” və “Uşaq Hüquqları” mövzularında maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Yetkinlik Yaşına Çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul işçiləri, Gənclər Evinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, psixoloqlar, məişət zorakılığına məruz qalmış şəxslər iştirak ediblər.
Tədbir diskussiya şəklində keçib. Məruzəçilər mövzu ilə bağlı geniş və ətraflı maarifləndirmə məlumatlar verdikdən sonra, iştirakçıların sualları cavablandırılaraq, onlara hüquqi yardım göstərilib.