Şriftin ölçüsü :

Saytın rəngi :

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndinin icrası ilə bağlı dəyirmi masa keçirilib

17 noyabr 2022 | 18:34
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 04 aprel tarixli 3199 nömrəli Sərəncamının 5.1-cı bəndinin icrası ilə əlaqədar olaraq Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədilə Göygöl Rayon İcra Hakimiyyətində aidiyyəti nümayəndələrin iştirakı ilə dəyirmi masa keçirilib.
Dəyirmi masada Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, icra hakimiyyətinin şöbə müdirləri və aidiyyəti nümayəndələr iştirak ediblər. Dəyirmi masanı giriş sözü ilə açan Kəmalə İbrahimova ölkəmizdə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın və hesabatlılığın artırılması, ictimai nəzarətin gücləndirilməsi və ictimai iştirakçılığın genişləndirilməsi sahəsində islahatların uğurla davam etdirildiyini, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində dövlət xidmətlərinin göstərilməsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsinin, dövlət orqanlarının göstərdikləri xidmətlərin elektronlaşdırılmasının, vətəndaş cəmiyyəti institutlarının ictimai həyatda rolunun daha da gücləndirilməsinin vacibliyini qeyd edib.  Daha sonra Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri Aydın İsmayılov çıxışında “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş ictimai şuraların fəaliyyətinin təşkil edilməsi, gücləndirilməsi və davamlılığının təmin edilməsi və ictimai şuraların tərkibi və fəaliyyəti ilə bağlı rəsmi internet resurslarında ayrıca bölmələrin yaradılması və məlumatların mütəmadi yenilənməsi tədbirlərinin həyata keçirilməsindən danışıb.
Sonda iştirakçılar korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi dəstəklənməsinin vacibliyini vurğulayıblar.
Keçidlər