Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti tədbir Göygöl rayonu Yeni Qızılca kənd tam orta məktəbində baş tutdu

01 may 2025 | 11:20
Göygöl Rayon İcra Hakimiyyətinin və Göygöl rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Göygöl rayon Yeni Qızılca kənd tam orta məktəbində “Uşaqlar gələcəyin hakimlərdir” mövzusunda keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunaraq, dövlətimizin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, rayon üzrə təhsil sektorunun müdiri Elnur Qasımov, uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vəfa İbrahimova, məktəbin direktoru Yeganə İsgəndərova, məktəbin psixoloqu Səadət Orucova uşaqların hüquqlarının müdafiəsinə dövlət nəzarəti qaydaları, uşaqların təhsil hüquqlarının təmin olunmasının vacibliyi və “İnsan hüquq və azadlıqları” mövzusunda geniş və ətraflı çıxışlar ediblər.
Sonra məktəbin 6-cı sinif şagirdi Fatimə Hüseynova və digər şagirdlərin çıxışları dinlənilib. Tədbirin bədii hissəsində məktəbin “Musiqini sevənlər” dərnəyinin üzvləri müxtəlif rəqs və mahnı nümunələri ilə çıxış ediblər.
Keçidlər