Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti görüş Göygöl rayon Mərkəzi Kitabxanasında keçirilib

16 aprel 2025 | 09:50
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiyamızın inkişafı” mövzusunda Göygöl rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının Aparatının əməkdaşları, Göygöl rayon Mədəniyyət Mərkəzinin və Göygöl rayon Mərkəzi Kitabxanasının əməkdaşları iştirak etmişdir. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova giriş nitqi ilə tədbiri açıq elan edərək Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının tarixi əhəmiyyət kəsb etdiyini, müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanması və qəbul edilməsinin Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri olduğunu qeyd edib. Eyni zamanda kitabxanaların elmi-kommunikativ fəaliyyətindən geniş söhbət aparılıb.
Tədbirdə çıxış edən natiqlər konstitusiya tariximiz, konstitusiyamıza yeni dövrün tələblərinə uyğun olaraq daha da təkmilləşdirilməsi məqsədilə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı ətraflı məlumat verərək, müstəqil dövlətimizin intellektual və mənəvi potensialının formalaşması və inkişafı kimi əvəzedilməz funksiyaların yerinə yetirilməsində, xalqımızın yaratdığı qiymətli tarixi-mədəni ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual mənəvi potensialının artırılmasında kitabxanalarımızın mühüm rol oynadığını diqqətə çatdırıblar. Sonda mövzu ətrafında müzakirələr aparılıb.
Keçidlər