Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayonundan olan Vətən müharibəsi Şəhidləri Əliyev Arif Ağalar oğlu və Verdiyev Eldəniz Rabil oğlunun ildönümləri Göygöl şəhər Şəhidlər Xiyabanındakı məzarları başında qeyd edilib.

05 iyun 2022 | 17:59

Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Turani Əliyev və Kəlbəcər raon İcra Hakimiyyətinin başcısı Azər Qocayev, hər iki rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, Şəhid ailələri, Vətən Müharibəsi qaziləri, hər iki şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən şəxslər şəhidlərin keçdiyi şərəfli ömür yolundan danışıb və onlar kimi şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər. Sonra isə Göygöl şəhər 1 və 5 nömrəli  tam orta məktəblərin şagirdləri şəhidlərin əziz xatirəsinə şeirlər səsləndiriblər.

Xatırladaq ki, Əliyev Arif Ağalar oğlu 26 iyul 1983-cü ildə Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. 1993-cü ildən Göygöl rayonunun Xasabağ kəndində müvəqqəti məskunlaşmışlar. Müxtəlif vəzifələrdə şalışan A. Əliyev 2013-cü ildən Kəlbəcər rayon Susuzluq kənd İnzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsində işləmişdir. 04.06.2021-ci ildə Dövlət səviyyəli tədbirdə iştirak etmək üçün nümayəndələrlə birlikdə Kəlbəcər rayonunun Susuzluq kəndinə səfər etmiş və həmin səfər zamanı düşmən tərəfindən basdırılmış minaya düşərək şəhidlik zirvəsinə uşalmışdır. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “3-cü Dərəcəli Vətənə Xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Verdiyev Eldəniz Rabil oğlu 04.10.1999-cu ildə Göygöl rayonunun Aşıqlı kəndində anadan olub. 2002-ci ildə Murovdağ qəsəbəsinə köçərək tam orta təhsil almış və 2017-2019-cu illərdə N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2020-ci ildən isə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətini davam etdirmişdir. 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Kəlbəcər rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Şəhidin uzun müddətdən sonra Murovdağda tapılan nəşi 2021-ci il iyunun 5-də Göygöl Şəhidlər Xiyabanında dəfn edilib. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

Allah rəhmət eləsin.

Keçidlər