"Kadr potensialının gücləndirilməsi" layihəsi çərçivəsində növbəti təlim keçirilib
08 aprel 2023 | 13:02
Göygöl Rayon İcra Hakimiyyətində "Kadr potensialının gücləndirilməsi" layihəsi çərçivəsində "Beynəlxalq idarəetmə standartları" mövzusunda təlim keçirilib. Təlimdə icra hakimiyyətinin əməkdaşları iştirak ediblər. Təlim müddətində ISO Standartları üzrə ekspert, İqtisad Elmləri Fəlsəfə Doktoru Qalib Şərifov tərəfindən iştirakçılara Beynəlxalq standartlaşma təşkilatı (İSO), onun yaranma tarixi, üzvlük qaydaları, strukturu, standartları hazırlayan komitələrin yeri, rolu və istiqamətləri, onların sırasından idarəetmə standartlarının yaranma zərurəti və hal-hazırda ən çox yayılmış İSO idarəetmə standartları və onların mahiyyəti haqqında müfəssəl məlumat verilmişdir.
İnteraktiv formatda keçirilən təlimdə iştirakçılar tərəfindən verilən bir çox suallar cavablandırılmış və müzakirələr aparılmışdır. Sonda təlim iştirakçıları tərəfindən QR kod vasitəsi ilə təlimin qiymətləndirilməsi həyata keçirilmişdir.